Bu gün aksiya keçirənlərlə bağlı - DİN-dən açıqlama
Gündəm / Sosial
7-05-2021, 17:16
Daxili İşlər Nazirliyi bu gün Bakıda aksiya keçirməyə cəhd edənlərlə bağlı açıqlama verib.
DİN Mətbuat Xidmətindən AzadMedia.az a bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib:
"Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur”.
