Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub - FOTO

Gündəm / Siyasət
12-05-2021, 22:03
 
 

Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub - FOTO

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident  Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olublar.

 Prezident İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban Əliyevaya qalereyada aparılan işlər barədə məlumat verildi.

 

Bildirildi ki, burada qaytarılmış Qarabağ xalçalarının sərgisi, "Qarabağ işğaldan əvvəl və sonra”, "Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.