Siracla vida... - Fotolar
Gündəm / Sosial
5-06-2021, 11:45
Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.
"Qafqazinfo”nun xəbərinə görə, vida mərasimi Sirac Abışovun yaşadığı evdə - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilir.
Mərasimdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, media və ictimaiyyət nümayəndələri iştirak edir.




