Sərhədlərin açılacağı ilə bağlı xəbərlərə rəsmi münasibət

Gündəm / Sosial
7-06-2021, 11:50

Sərhədlərin açılacağı ilə bağlı xəbərlərə rəsmi münasibət

 


Dövlət Gömrük Komitəsi iyunun 15-dən etibarən ölkənin quru sərhədlərinin açılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Xeberekspress.az-ın məlumatına görə, komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki,sərhədlərin açılmasına dair qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir: "Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur.

Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur”.