Pulsuz çimərliklərlə bağlı işlər davam etdiriləcək

Gündəm / Sosial
1-07-2021, 13:10
Pulsuz çimərliklərlə bağlı işlər davam etdiriləcək

"Xəzər dənizi çimərlik mövsümündə insanların ən çox getdiyi istirahət məkanıdır”. 

Bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov danışıb. 

O bildirib ki, çimərliklərlə bağlı bir çox qurumun birgə iştirak etdiyi dövlət proqramları icra olunub:

"Hazırda Bakı şəhərində bir çox ictimai çimərliklər (pulsuz) fəaliyyət göstərir. Dövlət ictimai çimərliklərə investisiyalar qoyur. Çimərliklərlə bağlı dövlət proqramı çərçivəsində irəlidə də bu işlər davam etdiriləcək”.