Bu gün Kəlbəcər istiqamətində məhv edilən erməni hərbçilərinin ADLARI (YENİLƏNİB)

Gündəm
28-07-2021, 12:31

Bu gün Kəlbəcər istiqamətində məhv edilən erməni hərbçilərinin ADLARI (YENİLƏNİB)

 


Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.

Xeberekspress.az  erməni  KİV-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi öldürülən erməni hərbi qulluqçularının adlarını açıqlayıb:

- Hayk Gevorqyan (baş leytenant)
- Koryun Harutyunyan (əsgər)
- David Koçaryan (əsgər)

***09:59

Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.

Unikal.org "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.