Türkiyə ordusundan növbəti ƏMƏLİYYAT: Terrorçular məhv edildi
Gündəm / Dünya
3-09-2021, 13:32
Türkiyə ordusu Suriyanın şimalında daha 5 terrorçunu məhv edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Bildirilib ki, "Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
"Terrorçuların hücumlarına misli ilə qarşılıq verməyə davam edirik”, - məlumatda qeyd edilib.
