Rusiyada məktəbdə atışma oldu

Gündəm / Dünya
18-10-2021, 09:09

Rusiyada məktəbdə atışma oldu

 


Rusiyanın Perm diyarının yaxınlığında məktəblərin birində atışma olub.

Xeberekspress.az "RİA Novosti”yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları insidenti törədən şəxsi saxlayıb.

Məlumata əsasən, sözügedən şəxs 6-cı sinif şagirdidir. Bildirilir ki, o, odlu silahdan divara və tavana iki atəş açıb.

İnsident nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisənin təfərrüatı araşdırılır.

Xatırladaq ki, cari ilin sentyabrın 20-də Rusiyanın Perm Universitetində I kurs tələbəsi Timur Bekmansurov silahlı hücum təşkil etmiş, nəticədə 8 nəfər ölmüş, 20-dən çox insan yaralanmışdı.