Türkiyədə hərbi maşın aşdı: 3 hərbçi yaralandı

Gündəm / Dünya
20-11-2021, 22:17

Türkiyədə hərbi maşın aşdı: 3 hərbçi yaralandı

 


Türkiyənin Hatay bölgəsində içərisində hərbçilərin olduğu "Kirpi” zirehli maşını qəzaya uğrayıb.

Xeberekspress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində üç hərbçi yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb.

Hazırda hərbçilərin vəziyyətinin yaxşı olduğu bildirilir.