Sumqayıt xəstəxanasında təyinat - Bu şəxslər rəhbər vəzifələrə gətirildi
Sosial
Bu gün, 15:19

3 saylı Sumqayıt şəhər Xəstəxanasında yeni təyinatlar var.
Sumqayit24.az-a daxil olan məlumata görə, Mətləb Musayev 3 saylı Sumqayıt şəhər Xəstəxanasında baş həkim təyin edilib.
Qeyd edək ki, Mətləb Musayev uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində, daha sonralar isə həmin xəstəxananın Urologiya şöbəsində uroloq-cərrah işləyib.
Məlumat üçün bildirək ki, Mətləb Musayev həm də məşhur müğənni Mənzurə Musayevanın qardaşıdır.
Bundan əlavə, redaksiyamıza daxil olan məlumata görə, 3 nömrəli Sumqayıt şəhər Xəstəxanasının poliklinika şöbəsində də yeni təyinat olub. Məlumata görə, Elçin Zeynalov sözügedən şöbənin müdiri təyin edilib.