Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gündəm / Dünya
27-11-2021, 11:45

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

 


Gürcüstanda son sutkada koronavirusa 4 058 yeni yoluxma halı təsdiqlənib, 2 157 nəfər müalicə olunaraq sağalıb, 61 pasiyent vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 835 306 nəfərdə aşkarlanıb. Onların 774 458-i sağalıb, 11 871-i isə ölüb.