Qadını şəkillərini yayacağı ilə hədələdi, tutuldu

Gündəm / Hadisə
27-11-2021, 11:48

Qadını şəkillərini yayacağı ilə hədələdi, tutuldu

 


Şamaxı şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyaları alınıb.

DİN Mətbuat xidmətindən  verilən məlumata görə, hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.