Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Gündəm / Dünya
27-11-2021, 20:32

 

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

 

Türkiyə ilə Türkmənistan arasında media, kənd təsərrüfatı, bank sistemi, səhiyyə, energetika sahələri üzrə müqavilələr imzalanıb.

Xeberekspress.az haberler.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 5 milyard dollara yüksəltmək barədə razılığa gəldiklərini söyləyib.