Bakıda çoxmərtəbəli binada YANĞIN

Gündəm / Hadisə
25-12-2021, 21:51
Bakıda çoxmərtəbəli binada YANĞIN
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzilin eyvanında 1 m² sahədə ev əşyaları, 1 ədəd plastik qapı, 2 ədəd məişət avadanlığı və qaz sayğacı yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.