Hərbçimiz Kəlbəcərdə minaya DÜŞDÜ
Gündəm / Hadisə
3-01-2022, 09:28
Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.