Bakıda orta məktəbdə yanğın - Foto

Gündəm / Hadisə
7-01-2022, 08:42
Bakıda orta məktəbdə yanğın - Foto
Bakıda Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Xeberekspress.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Qeyd edək ki, sözügedən təhsil ocağının köhnə binası Dövlət Proqramı çərçivəsində 2012-ci ildə sökülərək yerində 2014-ci ildə 960 nəfərlik yeni məktəb binası tikilib.
Bakıda orta məktəbdə yanğın - Foto