Bakıda açıq ərazidə yanğın BAŞLADI

Gündəm / Hadisə
7-01-2022, 15:21
Bakıda açıq ərazidə yanğın BAŞLADI
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Xeberekspress.az a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, açıq ərazidə 250 m² sahədə qamışlıq və məişət tullantıları yanır.