Binəqədi rayon rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib.
Gündəm / Sosial
20-01-2022, 14:00
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının şöbə müdirləri və Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Şəhidlərin məzarı üzərinə tər qərənfillər düzülmüş, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsi dərin hüznlə yad olunmuşdur.
XeberEkspress.az






