Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Gündəm / Sosial
21-01-2022, 20:58
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 22-si səhərdən 23-ü səhərədək cənub küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Azərbaycanın rayonlarında yanvarın 22-si səhərdən 23-ü səhərədək bəzi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.