Ərdoğanın Ukraynaya səfər proqramı açıqlandı

Gündəm / Dünya
3-02-2022, 10:13
Ərdoğanın Ukraynaya səfər proqramı açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə bu gün - fevralın 3-də Ukraynaya səfər edəcək.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilib.

Bildirilir ki, prezidentlər arasında görüş keçiriləcək. Səfər çərçivəsində iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə Türkiyə-Ukrayna Ali Səviyyəli Strateji Şuranın 10-cu toplantısı keçiriləcək.

Şuranın toplantısında müxtəlif müqavilə və razılaşmaların, habelə Azad Ticarət Müqaviləsinin imzalanacağı nəzərdə tutulub.