Mirqafar Seyidov təqaüdə göndərildi

Gündəm / Sosial
5-02-2022, 13:44
Mirqafar Seyidov təqaüdə göndərildi
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovu təqaüdə göndərib.

Xeberekspress.az bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Mirqafar Seyidov 2014-2021-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.