8 Fevral Sumqayıt Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirilib
Gündəm / Sosial
8-02-2022, 17:46
08 fevral 2022-ci il tarixində Heydər Əliyev Mərkəzinin, Səməd Vurğun adına mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə Şəhid ailələri ilə görüş baş tutub.
Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başladı.
Tədbiri giriş sözü ilə açan moderator Hafiz Ataxanlı şəhidlərin ailə üzvlərinə vətənpərvər övladlar yetişdirdiklərinə görə təşəkkür etmiş, Vətənə xidməti ən ali vəzifə hesab edən qəhrəman şəhidlərimizin həm dövlətmizə, həm də ailələrinə başucalığı gətirdiyini vurğulamışdır.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin vurğulayıb ki, şəhidlik ən uca zirvədir və dinimizdə də şəhidliyə böyük önəm verilir.O, ölkəmizdə hər zaman şəhidlərin böyük etiram hissi ilə anıldığını qeyd edib.
Sumqayıt Heydər Əliyev mərkəzinin direktoru Vüsalə xanım və Səməd Vurğun adına mərkəzi kitabxananın Şöbə müdiri Yeganə xanım bildirib ki, Azərbaycan xalqının mentalitetinə uyğun olaraq yaşlı insanlara qayğı göstərməyi cavan nəsil hər zaman özünə borc bilir. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi ədalətin bərpası olduğunu deyiblər. Şanlı ordunun göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu, haqq-ədalət uğrunda gedən mübarizədə qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tariximizə qızıl hərflərlə yazılan bu qəhrəmanların gənclərimizə örnək olduğunu bildiriblər. Vüsalə xanım şəhidlərimizin vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını deyiblər.
Sonda tədbirdə iştirak edən hərkəsə təşəkkürlərini bildiriblər.
Tədbirdə Şəhid ataları,nənə və babaları çıxış edib.
Daha sonra Anar Şükürov adına 25 saylı orta məktəbin şagirdləri şeirlər səsləndirib.
Müəllif: Murad Qaflanov
XeberEkspress.az



























