Fevralın 8-də Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş keçirib
Gündəm / Sosial
9-02-2022, 17:00
Keçirilən görüşdə icra başçısı A.Fərzəliyev müəssisə rəhbərlərinə onların iş fəaliyyətində əsas prinsipin dövlətçilik, şəffaflıq və məsuliyyət oluğunu bildirib.
Sonra çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayon üzrə nümayəndə, Əməkdar mədəniyyət işçisi İlham Manafov cənab A.Fərzəliyevi yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib, bundan sonra da rayonun ictimai-mədəni həyatında mədəniyyət işçilərinin fəal olacağına söz verib.
Müəllif: Murad Qaflanov
XeberEkspress.az


