Yoxlamalar daha 1 il müddətinə dayandırıldı - Prezident təsdiqlədi

Gündəm / Sosial
9-02-2022, 18:54
Yoxlamalar daha 1 il müddətinə dayandırıldı - Prezident təsdiqlədi
Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.

Sənədə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti daha bir il uzadılıb.

Bundan əvvəlki sənəd 2022-ci ilin yanvarın 1-dək olan dövrü əhatə edirdi. Yeni sənədlə bu müddət 2023-cü ilədək uzadılmış olub.