Türkmənistanda yeni prezident seçkiləri bu tarixdə keçiriləcək

Gündəm / Sosial
12-02-2022, 18:21
Türkmənistanda yeni prezident seçkiləri bu tarixdə keçiriləcək
Martın 12-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun qərarı ilə Xalq Məclisinin Milli Şurasında növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu  barədə  Türkmənistan rəsmi xəbər agentliyinin "TDH" məlumat yayıb. 

Bildirilir ki,  Türkmənistan lideri Berdiməhəmmədov Milli Şuranın Xalq Məclisində gənc liderlərin ölkədə dövlət idarəçiliyində iştirakının zəruriliyini vurğulayaraq, Mərkəzi Seçki Komissiyasının sədrinə tapşırıq verib. 

Bundan sonra Türkmənistan Milli Şurası toplanıb.  

İclasda Türkmənistan Konstitusiyasının 81-ci maddəsinə və Türkmənistan Seçki Qanununun 86-cı maddəsinə uyğun olaraq növbədənkənar prezident seçkilərinin 12 mart şənbə günü keçirilməsi qərara alınıb.