Rusiya-Ukrayna danışıqları başladı - YENİLƏNİB (VİDEO)
Gündəm / Dünya
28-02-2022, 14:28

Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Xeberekspress.az xəbər verir ki, bu barədə "Sputnik Belarus” tərəflər arasında görüş başladığını açıqlayıb
***12:50
Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar aparmaq üçün Belarus-Ukrayna sərhədi ərazisinə gəlib.
Xeberekspress.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, görüş Ukrayna-Belarus sərhəddində Pripyat çayı yaxınlığında baş tutacaq.
Nümayəndə heyətinin üzvləri:
"Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arakhamia
Ukraynanın müdafiə naziri Aleksey Reznikov
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak
Andrey Kostin , TCG-də Ukrayna nümayəndə heyətinin rəhbəri
Xalq deputatı Rüstəm Umerov
Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski
Bildirilib ki, Kiyev dərhal atəşkəs və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edəcək.
<embed width="560" height="315" src="//ok.ru/videoembed/3192027155043" frameborder="0" allow="autoplay" allowfullscreen><embed>