Prezident Naxçıvanda yaşayan qadınları təltif edib

Gündəm / Sosial
7-03-2022, 14:59
Prezident Naxçıvanda yaşayan qadınları təltif edib
Prezident İlham Əliyev martın 7-də Azərbaycan qadınlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən qadınlar da vardır.

Prezidentin Sərəncamı ilə İmanova Mehriban Təyyar qızı və Rzayeva Yazgül Həsənəli qızı "Tərəqqi” medalı ilə təltif ediliblər.