Azərbaycanda "TURKOVAC" peyvəndinin sınaqlarına başlanılır

Gündəm / Sosial
8-03-2022, 14:48
Azərbaycanda "TURKOVAC" peyvəndinin sınaqlarına başlanılır
Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin 3-cü faza sınaqları başlayır.

Sabah Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir.

Martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq.

Qeyd edək ki, "TURKOVAC"ın Türkiyədən xaricdə ilk sınağı Azərbaycanda reallaşacaq.