"May ayının axırına qədər yeni seçici siyahısı hazırlanacaq" - MSK sədri

Gündəm / Sosial
17-03-2022, 17:55
 
"May ayının axırına qədər yeni seçici siyahısı hazırlanacaq" - MSK sədri
Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir. Yeni seçici siyahılarını may ayının axırına qədər tam dəqiqləşdirəcəyik.

Bunu Mərkəzi Seçki Komissiyasını sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bütün proses qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Bu mərhələdən sonra qarşıda duran digər vəzifələr həyata keçiriləcək.