ƏƏSMN-nin elektron xidmətləri 1 həftə işləməyəcək

Gündəm / Sosial
19-03-2022, 13:02
ƏƏSMN-nin elektron xidmətləri 1 həftə işləməyəcək

Martın 20-27-si aralığında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt-sistemlərinə giriş məhdudlaşdırılacaq.

Bu barədə nazirliyin feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilir ki, ƏƏSMN-nin mövcud informasiya texnologiyaları infrastrukturunun 20-27 mart tarixlərində "AzInTelecom” MMC-nin "Hökumət buludu”na keçidi ilə əlaqədar Nazirliyin e-informasiya sistemlərində (altsistemlər, elektron xidmətlər, internet, lokal şəbəkə və s.) həmin tarixdə məhdudiyyət olacaq.

Keçid prosesi təmin olunduqdan sonra məhdudiyyət aradan qalxacaq.