Xızı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər.
Gündəm / Sosial
19-03-2022, 18:00
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Xızı rayon nümayəndəliyinə tabe müəssisələrin əməkdaşları Vətən müharibəsi şəhidi Vidadi Fazil oğlu Allahverdiyevin ailəsini ziyarət ediblər.
Şəhidimiz 13 mart 1988-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaət göstərərək şəhid olub.
Vidadi Allahverdiyev ölümündən sonra Ölkə başçısı tərəfindən "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Ailəli olub, üç övladı yadigar qalıb. Xızı rayonun Giləzi qəbirstanlığında dəfn edilib.
Görüş zamanı ailəsi şəhid haqqında xatirələrini bölüşüb, keçdiyi döyüş yolu haqqında danışıb. Şəhidin ailəsinə əməkdaşlar tərəfindən maddi və mənəvi dəstək göstərilib.
Müəllif: Ləman Süleymanova
XeberEkspres.az


