Bakıda hosteldə müəmmalı ölüm
Gündəm / Dünya
26-03-2022, 16:37

Bakıda hosteldə ölüm hadisəsi olub.
Xeberekspress.az lent.az-a istinadən xəbər verir ki, hadisə martın 23-ü paytaxtın Nizami rayonu ərazisindəki hostellərin birində qeydə alınıb.
46 yaşlı Kərimov Nail Hayqaz oğlu qəflətən dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.