Qruzeviç: 700 rus texnikası Kiyevdən çıxarıldı!

Gündəm / Dünya
31-03-2022, 20:17
Qruzeviç: 700 rus texnikası Kiyevdən çıxarıldı!

Gecə ərzində Kiyevdən İvankov istiqamətində, Belarus sərhəddinə doğru geri çəkilən 700-ə yaxın Rusiya hərbi texnikası qeydə alınıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

"Biz 2 variantı nəzərdən keçiririk: ya bu yerdəyişmə və yenidən qruplaşmadır, ya da bu ordu qruplaşmalarının qismən geri çəkilib, Donbassda görünmə ehtimalı var”, - deyə o bildirib.