Milli qəhrəmanın doğum günü laçın rayonunda anıldı.
Gündəm / Sosial
2-04-2022, 14:02
Azərbaycanın bütövlüyü, azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də Eyvazov Qorxmaz Abış oğlu oldu.
Yaşasaydı bu gün 55 yaşı tamam olacaqdı. Vətənə olan sevgisi 55 yaşını doğmaları ilə deyil, cənnətdə keçirməyə vəsilə oldu.
Laçın rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, YAP Laçın rayon təşkilatı aparatının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları,döyüş yoldaşları, dostları öncə Eyvazov Qorxmaz Abış oğlunun məzarını ziyarət etdilər. Milli qəhrəmanın məzarı önünə tər qərənfillər, əklil qoyuldu, ruhuna dualar oxundu.
Milli qəhrəmanın oğlu Asəm Eyvazov atası ilə qürur duyduğunu dilə gətirdi.
Milli qəhrəmanın ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Müəllif: Ləman Süleymanova
XeberEkspress.az
















