Ölən reperin meyidi ilə əyləndilər - VİDEO

Gündəm / Sosial
6-04-2022, 11:52
Ölən reperin meyidi ilə əyləndilər - VİDEO

ABŞ-da gecə klubların birində dəhşətli görüntülər ortaya  çıxıb. 

Martın 18-də məşhur reper Qunyu Merilend ştatında silahlı hücum nəticəsində dünyasını dəyişib. Reperin ölümünə kədərlənən pərəstişkarları heç kimin gözləmədiyi bir addım atıblar.  

Belə  ki, onlar gecə klubların birində reperin cəsədini səhnəyə çıxardıblar. Daha sonra isə yüzlərlə insanın Qunyunun cəsədi qarşısında əylənib,  mahnı oxuyub. 

Həmin anlar  sosial mediada qısa zamanda gündəm mövzusuna çevrilib. Cansız bədənin qarşısında rəqs edən pərəstişkarlar qınaq obyektinə  çevrilib.  

Bildirilir ki,  məşhur  reperin meyiti də  həmin gündən sonra dəfn edilib.