Türkiyə sahillərində tapılan mina zərərsizləşdirildi - YENİLƏNİB

Gündəm / Dünya
6-04-2022, 17:25
Türkiyə sahillərində tapılan mina zərərsizləşdirildi - YENİLƏNİB

Türkiyənin Kocaeli əyalətinin Kefken rayonu sahillərində aşkar edilən dəniz minası Sualtı Müdafiə (SAS) qrupları tərəfindən zərərsizləşdirilib.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

***15:12

Türkiyənin Kefken adası sahillərində növbəti mina tapılıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Hazırda Hərbi Dəniz Qüvvələrinin minaaxtaranları minanı zərərsizləşdirirlər.