Türkiyədə müalicə alan qazilərə xərclənən vəsait açıqlanıb

Gündəm / Sosial
7-04-2022, 17:58
Türkiyədə müalicə alan qazilərə xərclənən vəsait açıqlanıb

"YAŞAT” Fondu tərəfindən 2021-ci ilin fevral ayından etibarən müalicə məqsədilə 167 qazimiz Türkiyə Respublikasına göndərilib.

Bu barədə "YAŞAT" Fondundan bildirilib.

Qeyd olunub ki, onlardan 129-u sağalaraq Vətənə qayıdıb. 38 qazimizin müalicəsi Fondun nəzarəti altında davam etdirilir. 

Hazırda Türkiyə Respublikasında müalicə alan 38 nəfər yaralı üçün Fondun büdcəsindən 6 098 575.11 AZN vəsait xərclənib.