Bakının mərkəzində su kəsilib

Gündəm / Sosial
8-04-2022, 09:42
 
Bakının mərkəzində su kəsilib

Bakınən Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Xeberekspress.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.