Sağlam yaşa 100 yaşa" layihəsi çərçivəsində sağlam həyat tərzi ilə bağlı layihənin ilk təlimi Sumqayit Gənclər evində keçirilmişdir

Gündəm / Sosial
11-04-2022, 20:40
 
Sağlam yaşa 100 yaşa" layihəsi çərçivəsində sağlam həyat tərzi ilə bağlı layihənin ilk təlimi Sumqayit Gənclər evində keçirilmişdir

8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Davamlı Turizmin İnkisafına Dəstək” İctimai Birliyi tərəfindən "Hər kim 100 il yaşamasa günah onun özündədir.
 
Sağlam yaşa 100 yaşa" layihəsi çərçivəsində sağlam həyat tərzi ilə bağlı layihənin ilk təlimi Sumqayit Gənclər evində keçirilmişdir.

İlk əvvəl layihənin rəhbəri Nərminə Qəribova təlim iştirakçılarını salamlayaraq layihənin məqsədi və donoru haqda məlumat verdi. 

Sonra təlimdə iştirak edən psixoloq Günay  Qasımova təlim iştirakçılarına depressiya hallarına erkən müdaxilə ilə qarşısının alınması, stresin idarə olunması, zərərli vərdişlərin mənfi təsirləri və layihədə nəzərdə tutulan digər psixoloji vacib məqamlar haqqında ətraflı məlumat verdi. Psixoloqun çıxışı gənclər tərəfindən xüsusi maraqla qarşılandı. 

Təlimdə iştirak edən həkim Mətanət Qaraxanova isə  sağlam həyat tərzinin qaydaları, düzgün qidalanma, düzgün yuxu rejimi, sağlam həyat üçün ən vacib amillərlə bağlı geniş məlumat verdi.

Təlim gənclər tərəfindən çox böyük maraqla qarşılandı. Tədbirdə çay, kofe və nahar yeməyi verilməsi  daha isti və səmimi mühit yaratmışdı.
Təlimin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olundu. 

Günün sonunda iştirakçıların və Healtway qrupunun dəstəyi ilə özündə sağlam həyat tərzi haqqında məlumatları əks etdirən 375 ədəd buklət paylanıldı.