Şahmar Mövsümovun qardaşı federasiya prezidenti seçildi - FOTO
Gündəm / Sosial
15-04-2022, 13:26

Azərbaycan Kamandan Oxatma Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşən tədbirdə quruma prezident seçkisi baş tutub.
Şahin Mövsümov yenidən federasiyanın rəhbəri seçilib. O, 2007-ci ildən quruma başçılıq edir.
Qeyd edək ki, Şahin Mövsümov Prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşıdır.
