Ruslar sərnişin avtobusunu atəşə tutdu: 7 ölü, 27 yaralı

Gündəm / Sosial
15-04-2022, 14:16
Ruslar sərnişin avtobusunu atəşə tutdu: 7 ölü, 27 yaralı

Rusiya hərbçiləri İzyum rayonunun Borovaya qəsəbəsində mülki insanların olduğu avtobusu atəşə tutub.

Bu barədə Xarkov vilayətinin prokuroru Dmitri Çubenko məlumat yayıb.

Onun sözlərinə görə, avtobusun atəşə tutulması nəticəsində 7 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.