Uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? - Nazirdən açıqlama

Gündəm / Sosial
28-04-2022, 13:35
Uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? - Nazirdən açıqlama

Səhiyyə naziri Teymur Musayev dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.

NaziR hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını deyib:

"Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”.