AZAL-ın Bakı-Naxçıvan təyyarəsi geri qayıtmalı olub
Gündəm / Sosial
30-04-2022, 13:41

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Xeberekspress.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurlu eniş edib.