Türkiyə Cümhuriyyəti Samsun böyükşəhər bələdiyyə sədri Mustafa Dəmir Sumqayıt şəhərində olub

Gündəm / Sosial
28-05-2022, 15:30

Türkiyə Cümhuriyyəti Samsun böyükşəhər bələdiyyə sədri Mustafa Dəmir Sumqayıt şəhərində olub

Səfər çərçivəsində bələdiyyə sədri Mustafa Dəmir Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Sumqayıt bələdiyyəsinin sədri Sərviz Süleymanovla görüşüb.

Şəhər rəhbəri qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhəri  Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda  sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması,  modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Görüşdə vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı bütün sahələrində özünü təsdiq edib. İki ölkə arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında uğurla davam etdirilir.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə dost və qardaş şəhər olan Sumqayıt və Samsun arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Nümayəndə heyəti Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılmış heykəlini ziyarət edib və önünə tər qərənfillər düzüblər. Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzi, Bayraq muzeyi, Sumqayıt şahmat məktəbi ilə yaxından tanış olublar. Daha sonra şəhidlər xiyabanı memorial kompleksinə gələrək, Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, abidə qarşısına tər qərənfillər düzüblər.

Müəllif: Lalə Əlimirzəyeva
XeberEkspress.az