Şəhid övladı rəis müavini təyin edildi

Gündəm / Sosial
9-06-2022, 21:50
Şəhid övladı rəis müavini təyin edildi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsinin Cinayət -Axtarış  bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov Göygöl RPŞ-nın Sarısu bölməsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, S.Əsgərovun atası Xəzanı Əsgərov 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub.