Nazirlikdən hava xəbərdarlığı- iyunun sonunadək hava qeyri-sabit olacaq

Gündəm / Sosial
14-06-2022, 20:18
Nazirlikdən hava xəbərdarlığı- iyunun sonunadək hava qeyri-sabit olacaq

Azərbaycanın rayonlarında iyun ayının ikinci ongünlüyünun sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Məlumata əsasən bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.