Sumqayıtda "Prius" dayanacağa çırpıldı. - FOTO + VİDEO
Gündəm / Hadisə
20-06-2022, 19:31
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin, Səməd Vurğun küçəsində azyaşlının xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
İdarəetməni itirən "Prius" markalı minik maşını piyada keçidindən keçmək istəyən azyaşlı piyadanı vurarağ dayanacağa çırpılıb. Qəza nəticəsində avtamabil və dayanacağ yararsız hala düşüb. Azyaşlı xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağır qiymətləndirilir. Faktı Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları araşdırır.
Müəllif:Tural Qasımov
XəbərEkspress.az


