Şəhidin azyaşlı övladı faciəli şəkildə ÖLDÜ

Gündəm / Hadisə
18-07-2022, 09:28
Şəhidin azyaşlı övladı faciəli şəkildə ÖLDÜ
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb.

Xeberekspress.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində baş verib. Belə ki, 2017-ci il təvəllüdlü Hüseyn Cəfərli 17 iyul tarixində axşam radələrində şokolad kağızının qida borusunda qalması şübhəsi ilə xəstəxanaya gətirilib.

Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.