19 yaşlı Şəhid Elmar Nəbiyevin anım günü keçirildi.

Gündəm / Sosial
10-10-2022, 18:55
  
19 yaşlı Şəhid Elmar Nəbiyevin anım günü keçirildi.

44 Günlük Müharibənin son günlərində Şəhid olmuş Elmar Elman oğlu Nəbiyevin mövludunun ikinci ildönümü mərasimi keçirildi.
Tədbiri  Şəhidləri bir dəqiqəlik sükutla yad edildikdən sonra  Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Anım mərasimini Şəhid Elmar Nəbiyevin valideynləri Elman bəy və Çiçək xanım tədbir iştirakçılarını salamlayaraq, onlara göstərilən diqqət və qayğıya görə hər bir kəsə minnətdarliqlarını bildirdilər.
 Tədbirdə Millət Vəkilləri Rauf Məmmədov, Aydın Mirzəzadə, Pirallahı Rayon Icra Hakimiyyətinin Başçısı Vasif İmanov, İcra Başçısının müavini İsmayıl Əliyev, Pirallahı rayon Yeni Azərbaycan Partiyasının sədri Emin Abbasov, Şəhid anaları, qazilər və Şəhidin döyüş yoldaşları da iştirak etmişdilər.
Müğənni Xuraman Şuşalı öz ifası ilə Şəhid ana və bacılarına ehtiramını bildirdi.
Tədbirin aparıcısı tele-redaktor Lalə Qəzənfər
HAQQINDA;

Adı: Nəbiyev
Soyadı: Elmar
Ata adı: Elman
Doğum tarixi: 22.03.2001
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Nəbiyev Elmar Elman oğlu 2001-ci il martın 22-də Pirallahı rayonunda anadan olub.

O, 2007-ci ildə həmin rayonun 186 nömrəli tam orta məktəbinin birinci sinfinə gedib. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Məktəbdə oxuyan vaxtlardan idmanla məşğul olub. Kosiko ko idman növündə həmişə keçirilən turnirlərdə 1-ci və 2-ci yerləri tutaraq kubok, medal və diplomlarla təltif olunub.Bundan əlavə keçirilən futbol yarışlarında da iştirak edən qəhrəmanımız bu sahədə də diplom və medallarla təltif olunub.

Hələ 8 yaşı olarkən məktəbin fəal şagirdlərindən biri kimi "İstedadlar sorağında” kitabında onun haqqında da məqalə yazılıb.

Məktəbi bitirdikdən sonra qəhrəmanımız 2019-cu ilin iyul ayında hərbi xidmətə gedib. Vətənə xidmətini Füzuli rayonunda edən igidimiz sərrast atıcı olub. Hərbi xidmətini Manqa komandiri olaraq yerinə yetirən qəhrəmanımızın təxris olunmasına 3 ay qalmış "İkinci Qarabağ” müharibəsi başlayır. Evə zəng vurub ata-anası ilə halallaşan Elmar tabeliyində olan əsgərlərlə birlikdə cəbhəyə yola düşüb.

Noyabrın 4-ü ailəsi ilə, 5-i isə dostu ilə danışan qəhrəmanımız elə həmin gecə yanlarına düşən minamyot nəticəsində yaralanır. Təxliyə olunub xəstəxanaya aparılsa da çoxlu qan itirdiyindən xəstəxənəyə çatmamış şəhid olur igidimiz.

Şəhidimiz 2020-ci il oktyabrın 16-da doğulduğu Pirallahı rayonunda xalqın böyük izdihamı ilə dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda”, "Füzulunin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.