Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Gündəm / Sosial
Bu gün, 12:21

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

İslamabadda Pakistan Tibbi Elmlər İnstitutunun doğum şöbəsində baş verən yanğında 15 körpə ölüb.

“Geo TV”nin xəbərinə görə, yanğının baş verdiyi vaxt həmin şöbədə 16 körpə olub.

Hadisənin kondisionerin kompressorunun partlaması nəticəsində baş verdiyi bildirilir.

Pakistan Baş naziri Şahbaz Şərif hadisə ilə bağlı başsağlığı mesajı yayımlayıb və məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Baş nazir məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.